Azərbaycana gələn xaricilərin ezamiyyət xərcləri 21% artıb

Azərbaycana gələn xaricilərin ezamiyyət xərcləri 21% artıb
# 28 aprel 2017 12:44 (UTC +04:00)

Yaxın 10 il ərzində dünya üzrə biznes turizmin həcmi orta hesabla hər il 3,7% artacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Travelport" şirkətinin Turizm və səyahətlər üzrə ümumdünya şurası (WTTC) ilə birgə apardığı tədqiqatın nəticələrində qeyd edilib.


Ən ciddi artımın Asiya-Sakit okean regionunda baş verəcəyi gözlənilir - ildə 6,2%. Məsələn, Çində biznes turizmin həcmi il ərzində 9,5%, Myanmada 8,7%, Honkonqda 8%, Kambocada 7,4%, Hindistanda 7,2% təşkil edəcək.

Afrika ölkələrinə gəlincə, Ruanda və Qabonda illik artım 8,5%, Tanzaniyada 7,9% olacaq.

Tədqiqat həmçinin biznes turizm zamanı çəkilən xərcləri də əhatə edib. Məlum olub ki, inkişaf etməkdə olan ölkələrdə ezamiyyət xərcləri ciddi artıb. Məsələn, son 5 ildə (2011-ci ilədək) Konqoya ezam olunan şəxslərin xərclər 32% artıb. Bu baxımdan Qətərdə artım 25%, Azərbaycanda 21% təşkil edib.

Bununla yanaşı, hərbi münaqişə baş verən ölkələrdə xərclər azalmaqdadır. Bu ölkələr sırasına Anqola, Sudan, Şri-Lanka daxildir.

Biznes turizm bazarının liderlər ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Yaponiya olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR