Yığmamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

Yığmamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
# 28 aprel 2017 14:03 (UTC +04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada yoxlama görüşləri üçün rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Mariborda ən azı 5 matç keçirməyi planlaşdırır.

Belə ki, İsraildə bütün rəqiblərindən üstün olan komandamız burda Səudiyyə Ərəbistanı ilə 2 oyunda gücünü yoxlayacaq. Onlar həmçinin ev sahiblərinin yığması və 2 klubu ilə də qarşılaşacaqlar.

Bu rəqiblərdən əlavə, millimizin Xorvatiya ilə matçı da baş tuta bilər. Lakin hələlik dəqiqləşməyib.

Qeyd edək ki, İslamiadaya hazırlaşan voleybolçularımız mayın 6-dək Sloveniyada təlim-məşq toplanışındadılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR