Tanzaniyada 10 000-dək məmur saxta diploma görə vəzifəsindən kənarlaşdırılıb

Tanzaniyada 10 000-dək məmur saxta diploma görə vəzifəsindən kənarlaşdırılıb
# 30 aprel 2017 03:52 (UTC +04:00)

Tanzaniya prezidenti Con Maqufuli diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru vəzifəsindən uzaqlaşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezident Con Maqufuli 2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.

Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.

Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn “şok terapiyası” siyasətinin icrasına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR