Bakıda keçirilən qida sənayesi sərgisinə 10-dək ölkənin aparıcı şirkətləri qatılacaq

Bakıda keçirilən qida sənayesi sərgisinə 10-dək ölkənin aparıcı şirkətləri qatılacaq
# 02 may 2017 11:50 (UTC +04:00)

17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri - 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgiləri keçiriləcək.

"APA-Economics" xəbər verir ki, keçirildiyi illər ərzində "WorldFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan" sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edəcək. Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə çıxış edir. Dağıstan və Stavropol vilayəti sərgidə regional stendlə iştirak edirlər. 100% Şri-Lanka çayını istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edir. Sevindirici haldır ki, bu il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları sərgidə fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.


“Ipack Caspian 2017” sərgisinin iştirakçıları arasında həm birbaşa tara və qablaşdırma məhsullarını, həm də həmin məhsulların istehsalı üçün həll variantlarını təklif edən Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri var.

Təşkilatçılar sərginin işi ilə yanaşı, Bakı Ekspo Mərkəzində qida məhsulları tədarükçüləri və pərakəndə ticarət şəbəkələrinin (PTŞ) nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Bu görüşlər zamanı iştirakçılar aparıcı pərakəndə ticarət şəbəkələrinin nümayəndələri ilə birbaşa danışıqlar apara bilərlər.

Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR