Liviyanın Benqazi şəhərində raket mərmisi yaşayış binasına düşüb.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Məlumata əsasən, mərmi şəhərin cənub-şərq hissəsində yerləşən üçmərtəbəli binaya düşüb. Partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan dəyib, mağazaların şüşələri sınıb.
Raketin kim tərəfindən atıldığı məlum deyil.
Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.