Georgi Pryaxinin “Xəzər yuxuları” romanı Azərbaycan dilində nəşr olunub

Georgi Pryaxinin “Xəzər yuxuları” romanı Azərbaycan dilində nəşr olunub
# 05 may 2017 08:10 (UTC +04:00)

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasir, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laureatı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.

Mərkəzdən APA-ya bildirilib ki, əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr – mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir.


Romanı Azərbaycan dilinə Etimad Başkeçid çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR