İƏT baş katibi: “Biz sülh mədəniyyətini təşviq edirik”

İƏT baş katibi: “Biz sülh mədəniyyətini təşviq edirik”
# 05 may 2017 09:12 (UTC +04:00)

”Bu Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində atılan mühüm addımdır”.

APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin deyib. O, sülh mədəniyyətini təşviq etdiklərini bildirib: “Çalışırıq ki, xalqlar arasında birliyi daha da gücləndirək. Biz ictimai məlumatlılıq səviyyəsinin artmasına çalışmalıyıq. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatı da bu prosesə qoşulub. Biz ədavətə, ekstremizmə qarşı çıxır, qarşılıqlı anlaşmanı, mədəniyyəti təşviq edirik. İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da dinlər və sivilizasiyalar arasında dialoqa dəstəyi davam etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR