Messi “Barselona”nın yeni müqavilə ilə bağlı təklifini rədd edib

Messi “Barselona”nın yeni müqavilə ilə bağlı təklifini rədd edib
# 05 may 2017 18:30 (UTC +04:00)

“Barselona”nın hücumçusu Lionel Messi klubun yeni müqavilə ilə bağlı ilkin təklifini rədd edib.

APA-nın məlumatına görə, bu barədə “AS” yazıb.

Argentinalı futbolçuya ildə 30-35 milyon avroluq məvaciblə 2022-ci ilədək nəzərdə tutulan müqavilə təklif olunub.

Qeyd edək ki, L.Messinin “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR