Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
# 05 may 2017 20:08 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

"Diqqət mərkəzində Suriya nizamlanması olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub”, məlumatda deyilir.

Tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR