Moskvada yaşayış binasında yanğın baş verib, 9 nəfər xəsarət alıb

Moskvada yaşayış binasında yanğın baş verib, 9 nəfər xəsarət alıb
# 06 may 2017 01:50 (UTC +04:00)

Moskva 40 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində üçü uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Məlumata görə, 70 nəfər xilasedicilər tərəfindən binadan təxliyə olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri araşdırılır. İlkin versiyaya əsasən, yanğına binanın 1-ci mərtəbəsində elektrik kabellərində baş verən qısaqapanma səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR