Tanzaniyada məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində 34 nəfər ölüb

Tanzaniyada məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində 34 nəfər ölüb
# 06 may 2017 18:43 (UTC +04:00)

Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb. APA-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, qəza Karatu rayonunda qeydə alınıb.

Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Məlumata görə, ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR