Cənubi Sudanda iki avtomobil atəşə tutulub, 21 nəfər ölüb

Cənubi Sudanda iki avtomobil atəşə tutulub, 21 nəfər ölüb
# 07 may 2017 13:35 (UTC +04:00)

Cənubi Sudanda eyni gündə iki avtomobil atəşə tutulub.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hər iki hadisə cümə günü paytaxt Cuba şəhərindən 75 km şərqdə magistralda baş verib.

Nəticədə 21 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar var. Conqley əyalətinin informasiya naziri bildirib ki. Silahlı şəxslər avtomobilləri hərbçilərin boşaltdığı nəzarət-keçid məntəqəsində saxlayıb, 21 mülki şəxsi sakini öldürülüb, 25 mülki şəxsi yaralayıblar.

Cinayətin motivi məlum deyil. Hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR