Maradona məşqçi karyerasını bərpa edib

Maradona məşqçi karyerasını bərpa edib
# 07 may 2017 21:28 (UTC +04:00)

Dieqo Maradona uzun müddət sonra yenidən baş məşqçi kimi çalışacaq.

Apasport.az saytının məlumatına görə, argentinalı əfsanə Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Fujairah Sports Club”a təyin olunub.

Xarici mətbuatda gedən xəbərlərə görə, onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2011/12 mövsümündə BƏƏ-nin “Əl-Vəsl” komandasında işləmiş Maradona 5 il sonra yenidən iş başında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR