Somalinin paytaxtında partlayış qurbanlarının sayı artıb - YENİLƏNİB

Somalinin paytaxtında partlayış qurbanlarının sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 08 may 2017 20:41 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 20-dən çox insan yaralanıb.

Hücumun terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib. Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb

***

21:05

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin mərkəzində, italyan kafesinin qarşısında baş verib.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən gün Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən biri Abdi Badip məhv edilib. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR