Diana Hacıyeva: “Finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm”

Diana Hacıyeva: “Finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm”
# 10 may 2017 01:53 (UTC +04:00)

Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva “APA Holdinq”in Kiyevə ezam edilmiş əməkdaşı ilə söhbəti zamanı Finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.

“Mən ölkəmizi “Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.

Mən komandam ilə finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, - deyə Diana Hacıyeva bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR