Cənubi Koreyanın yeni prezidenti Pxenyana səfərin mümkünlüyünü istisna etməyib

Cənubi Koreyanın yeni prezidenti Pxenyana səfərin mümkünlüyünü istisna etməyib
# 10 may 2017 06:14 (UTC +04:00)

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn parlamentdə keçirilən inauqurasiya mərasimi zamanı gələcəkdə Şimali Koreyaya səfər edə biləcəyini istisna etməyib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Lazım gələrsə, mən dərhal Vaşinqtona, şərait imkan verərsə - hətta Pxenyana da səfər etməyə hazıram”, - deyə prezident Koreya yarımadasında gərginliyi azaltmaq niyyətində olduğunu qeyd edib.

“Koreya yarımadasında sülhün bərqərar olması üçün əlimdən gələni edəcəyəm”, - deyə Mun Çje İn bildirib.

Qeyd edək ki, Mun Çje İn 41,08 faiz səs toplayaraq Cənubi Koreya prezidenti seçilib. Xatırladaq ki korrupsiya qalmaqalı fonunda sabiq prezident Pak Kın Xenin impiçmenti və hakimiyyətdən kənarlaşdırılması səbəbindən seçkilər vaxtından əvvəl keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR