Rusiyada üç nəfər avtomobildə diri-diri yanaraq ölüb

Rusiyada üç nəfər avtomobildə diri-diri yanaraq ölüb
# 10 may 2017 09:53 (UTC +04:00)

Rusiyada avtomobildə üç nəfərin yanmış meyiti tapılıb. APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə ötən gün Tomsk vilayətinin Parabelski rayonunda qeydə alınıb.

Mayın 9-a keçən gecə Novoseltsovo kəndi yaxınlığında yanğınsöndürənlər yanan minik avtomobilini söndürdükdən sonra üç kişinin yanmış meyitini aşkarlayıblar. Ölənlərin şəxsiyyəti müəyyən edilib.

Ehtiyatsızlıq nəticəsində iki və daha çox şəxsin ölməsi maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs və ya şəxslər dörd ilədək azadlıdan məhrum edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR