Hərbi Hava Qüvvələri üçün yeni təyyarənin təqdimatı keçirilib

Hərbi Hava Qüvvələri üçün yeni təyyarənin təqdimatı keçirilib
# 10 may 2017 14:44 (UTC +04:00)

Mayın 10-da Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR