Nazir: “Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir”

Nazir: “Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir”
# 10 may 2017 16:08 (UTC +04:00)

İqtisadiyyat naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinı qəbul edib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi, əməkdaşlığın inkişafında Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb, qarşılıqlı səylər nəticəsində ticarət əlaqələri genişlənib. Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir. Təkcə 2005-2016-cı illərdə biznes dairələrinin iştirakı ilə 10-dan çox tədbir keçirilib.

Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu, tranzit yükdaşımaları, turizm, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR