Yekaterinburqda məhkəmə məscid tikintisi ilə bağlı azərbaycanlıların xeyrinə qərar verib

Yekaterinburqda məhkəmə məscid tikintisi ilə bağlı azərbaycanlıların xeyrinə qərar verib
# 11 may 2017 11:03 (UTC +04:00)

Rusiyanın Sverdlovsk vilayətinin dövlət əmlakının idarə olunması üzrə nazirliyi Yekaterinburq şəhərində məscid tikintisi üçün torpaq sahəsi ayrılması ilə bağlı məhkəmə prosesini ikinci dəfə uduzub.

APA-nın “znak.com”a istinadən verdiyi məlumata görə, söhbət Yekaterinburqdakı "Azərbaycan" ictimai təşkilatının inşa etmək istədiyi məsciddən gedir. Mayın 11-də 17-ci Arbitraj Apellyasiya Məhkəməsi nazirliyin torpaq sahəsinin icarəsi haqqında müqaviləni uzatmaqdan imtina etməsini etibarsız sayan Serdlovsk arbitrajının qərarını qüvvədə saxlayıb. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qüvvəyə minir.

Qeyd edək ki, şəhərin Repin küçəsindəki 2008 kv. metrlik ərazi 2011-ci ildə "Azərbaycan" ictimai təşkilatına icarəyə verilib. 2016-cı ildə Sverdlovsk vilayətinin dövlət əmlakının idarə olunması üzrə nazirliyi icarə müqaviləsini uzatmaqdan imtina edib. Qərar birtərəfli olub və təşkilat bu barədə məlumatlandırılmayıb. Nəticədə "Azərbaycan" məhkəməyə üz tutub.

Məscid ənənələrə uyğun olaraq minarəli inşa ediləcək. Onun sahəsi 1400 kv. metr olacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR