Əbülfəs Qarayevin sədrliyi ilə Madriddə Ümumdünya Turizm Təşkilatının sessiyası keçirilir

Əbülfəs Qarayevin sədrliyi ilə Madriddə Ümumdünya Turizm Təşkilatının sessiyası keçirilir
# 11 may 2017 14:18 (UTC +04:00)

Madriddə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) 105-ci sessiyası başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sessiya Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.

Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, sözügedən təşkilatın icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, BMÜTT-ə üzv dövlətlərin 20-ə yaxın turizm və aidiyyəti sahələr üzrə nazirləri, eləcə də İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri, BMÜTT-nin assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın qonaq iştirak edir.

İcraiyyə Şurasının 105-ci sessiyasının açılış mərasimində şuranın sədri nazir Əbülfəs Qarayev və BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edib. İki gün davam edəcək sessiyada BMÜTT-nin Proqram və Büdcə Komitəsinin hesabatının dinlənilməsi, İcraiyyə Şurasına yeni üzvlərin qəbul edilməsi, eləcə 2018-2021-ci illər üçün BMÜTT-nin baş katibliyinə namizədliyin qiymətləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR