Avropa Liqasında həftənin ən yaxşısı məlum olub

Avropa Liqasında həftənin ən yaxşısı məlum olub
# 12 may 2017 18:44 (UTC +04:00)

UEFA Avropa Liqasında ötən həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, iki yarımfinal cavab matçının keçirildiyi günün ən yaxşısı Maruan Fellaini olub.

“Mançester Yunayted”in belçikalı yarımmüdafiəçi UEFA-nın rəsmi saytının keçirdiyi sorğuda digər rəqibini qabaqlayıb. O, bütün səslərin 60 %-ni toplayıb. İkinci isə qalan 40%-ə sahib çıxan “Lion”lu Lakazette olub.

Qeyd edək ki, futbolçu cavab matçı çərçivəsində keçirilmiş “Mançester Yunyated” – “Selta” oyununda (1:1) komandasının yeganə qoluna imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR