İranda prezidentliyə namizədlərin son debatı keçirilib

İranda prezidentliyə namizədlərin son debatı keçirilib
# 13 may 2017 00:24 (UTC +04:00)

İranda prezidentliyə namizədlərin son debatı keçirilib

APA-nın Tehran bürosunun məlumatına görə, namizədlər ölkədəki iqtisadi məsələlər ətrafında təqribən 3 saat yarım diskussiya aparıblar.

Namizədlər teledebatda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatının inkişafına dair iqtisadi planlarını açıqlayıblar.

Teledebat əsasən prezident Həsən Ruhani və onun birinci müavini İshaq Cahangirinin rəqibləri, İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsindən Məhəmməd Baqir Qalibaf və İbrahim Rəisi arasında keçib. M. B. Qalibaf və İ.Rəisi hökumətin iqtisadi proqramını sərt tənqid ediblər.

Prezident H.Ruhani və müavini hökumətin ötən dörd ildə gördüyü iqtisadi işlərdən danışıb, həyata keçirdikləri proqramı müdafiə ediblər. İshaq Cahangiri teledebatda rəqib namizədlərin ona qarşı irəli sürdüyü korrupsiya ittihamlarını rədd edib, M.B.Qalibafini əxlaqsızlıqda günahlandırıb və özünə qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri gələn həftənin cümə günü keçiriləcək. İranın Seçkilər Təşkilatının açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR