Somalidə törədilən partlayış nəticəsində 3 nəfər ölüb

Somalidə törədilən partlayış nəticəsində 3 nəfər ölüb
# 13 may 2017 05:16 (UTC +04:00)

Somalinin cənubunda terrorçu-kamikadze özünü partladıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somalinin Milli təhlükəsizlik nazirliyinin nümayəndəsi bildirib.

Kismayo şəhərində baş verən partlayış nəticəsində terrorçu daxil olmaqla iki nəfər ölüb, bir nəfər yaralanıb. Terror aktını “Əş-Şəbab” qruplaşmasının üzvü törədib.

Mayın 8-də Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR