“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb

“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb
# 13 may 2017 11:19 (UTC +04:00)

Arxada qoyduğumuz mövsümün gümüş medalçısı “Qəbələ” heyətində “təmizləmə işləri”ni davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”da daha iki futbolçunun durumuna aydınlıq gəlib.


Komandadan gedəcəyi gözlənilən və adı “Neftçi” ilə hallanan serbiyalı hücumçu Daniel Subotiçlə yollar artıq rəsmən ayrılıb. Rəhbərlik onunla yanaşı, millimizin müdafiəçisi Məhəmməd Mirzəbəyovla da yeni müqavilə imzalamaqdan imtina edib. Ötən mövsümü icarə əsasında “Sumqayıt”da keçirən Yusif Nəbiyevi qaytaran “Qəbələ” Mirzəbəyova ehtiyac duymayıb.

“Neftçi”nin maraq dairəsində olan yarımmüdafiəçi Nika Kvekveskiri ilə danışıqlar isə davam etdirilir. Gürcüstanlı futbolçunun qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Qəbələ” Subotiç və Mirzəbəyovdan əvvəl Teo Uiksi yola salmış, Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov və Asif Məmmədovla isə yeni müqavilə bağlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR