Türkiyədə avtobus qəzasında ölənlərin sayı 23-ə çatıb - YENİLƏNİB

Türkiyədə avtobus qəzasında ölənlərin sayı 23-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 13 may 2017 15:12 (UTC +04:00)

Türkiyənin Marmaris vilayətinində, Muğla-Antalya magistral yolunda turistlərlə dolu olan avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb. APA-nın məlumatına görə, bu barədə Muğlanın valisi Əmir Çiçək bildirib.

"Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən yaralılardan bir neçəsi də dünyasını dəyişib. Hazırda ölənlərin sayı 23-ə, yaralananların sayı isə 8-ə çatıb", - deyə vali qeyd edib.

*** SAAT 14:30

Türkiyənin turizm mərkəzlərindən olan Muğla vilayəti ərazisində, Muğla-Marmaris avtomobil yolunda ağır qəza baş verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 20 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölənlər arasında xarici ölkə vətəndaşlarının olub-olmadığı hələlik məlum deyil.

Hadisə yerinə çoxlu sayda ambulans, yanğınsöndürənlər və xilasedicilər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR