Azay Quliyev Almaniyada anti-semitizmlə mübarizəyə həsr olunan müzakirələrə qatılacaq

Azay Quliyev Almaniyada anti-semitizmlə mübarizəyə həsr olunan müzakirələrə qatılacaq
# 13 may 2017 12:47 (UTC +04:00)

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev mayın 14-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək.

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək.


Deputat, eyni zamanda, Almaniya Bundestaqında "Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər" mövzusunda keçiriləcək müzakirələrə qatılacaq.

Səfər mayın 16-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR