Azərbaycan təmsilçisi bu gün “Eurovision 2017”-nin finalında çıxış edəcək

Azərbaycan təmsilçisi bu gün “Eurovision 2017”-nin finalında çıxış edəcək
# 13 may 2017 19:15 (UTC +04:00)

Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu keçiriləcək. APA-nın xəbərinə görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək.

APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR