Əfqanıstanda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb

Əfqanıstanda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb
# 14 may 2017 14:49 (UTC +04:00)

Əfqanıstanın cənubunda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb.

APA-nın məlumatına görə, bu barədə “Khaama Press” agentliyi Əfqanıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Şənbə günü “Taliban” silahlılarının avtomobili Qəndəhar vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Nəticədə 10 silahlı ölüb, 7 silahlı isə yaralanıb.

Qeyd edək ki, “Taliban” tez-tez belə qurğulardan hökumət qüvvələrinin əleyhinə silah kimi istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR