Hamilton ” İspaniya Qran-Prisinin qalibi olub

Hamilton ” İspaniya Qran-Prisinin qalibi olub
# 14 may 2017 16:05 (UTC +04:00)

“Formula 1” İspaniya Qran-Pri yarışının qalibi məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Barselonada keçirilən yarışın qalibi “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub.

Finişə ikinci “Ferrari” komandasının alman pilotu Sebastyan Fettel çatıb. Üçüncü yerin sahibi “Red Bull” komandasının pilotu avstraliyalı Daniel Rikkyardo olub.

“Formula 1” yarışmasının növbəti mərhələsi 24-28 may tarixlərində Monakoda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR