“Qarabağ” “Barselona” ilə qarşılaşa bilər

“Qarabağ” “Barselona” ilə qarşılaşa bilər
# 15 may 2017 09:20 (UTC +04:00)

UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın 27 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

Azərbaycan millisinin və “Qarabağ”ın əsas komandasının kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri ilk növbədə özünün harada oynamasından asılıdı. Söhbət komandanın Çempionlar yolu və ya Çempionlar Liqası yolunda oynamasından gedir.

“Qarabağ”ın əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa qədər irəliləsə, U-19 da qrupda çıxış edəcək. Burada iştirak edəcək 32 komandadan 15-i bəllidi. Bunlar “Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Leypsiq” (Almaniya), “Çelsi” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa), PSJ (Fransa), “Spartak” (Moskva, Rusiya), “Benfika” (Portuqaliya), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), "Feyenoord" (Hollandiya) və “Bazel” (İsveçrə) komandalarıdı.

Əsas komandası qrupa çıxmasa, U-19 Çempionlar yolunda mübarizə aparmalı olacaq. Buradakı mümkün 31 rəqibdən 15-i bəllidi. Bunlar “Krasnodar” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Anderelxt” (Belçika), “Bursaspor” (Türkiyə), APOEL (Kipr), “Lokomotiva” (Xorvatiya), “Hammarbü” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan) və “Breydablik” (İslandiya) klublarıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR