II Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb

II Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb
# 15 may 2017 10:23 (UTC +04:00)

II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xalq teatrlarının dəstəklənməsi, onların mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması festivalın əsas məqsədləridir.

Seçim mərhələsində iştirak edən xalq teatrlarının tamaşalarının nümayişində iştirak etmək, onların qiymətləndirilib Bakıya dəvət edilməsi məqsədilə münsiflər heyəti regionlara ezam edilib.

Münsiflər heyətinə Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artisti Loğman Kərimov, xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva daxildir.

Seçim mərhələsi ilk olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib. Tədbirdə Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.

Festivalın növbəti seçim mərhələsi Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib.

Qeyd edək ki, paytaxt və bölgələrdə 37 xalq teatrı fəaliyyət göstərir. II Respublika Xalq Teatrları Festivalının final mərhələsi iyun ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR