Türkiyə alman millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb

Türkiyə alman millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb
# 15 may 2017 12:10 (UTC +04:00)

Türkiyə almaniyalı millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb.

APA-nın “haberturk.com”a istinadən verdiyi məlumata görə, Türkiyə hakimiyyət orqanları səfər üçün “müvafiq şərtlərin” olmadığını əsas gətirib.

Xatırladaq ki, bundan əvvəl Almaniya "İncirlik"dən havaya qalxan təyyarələri vasitəsilə Suriya və Şimali İraqda topladığı kəşfiyyat məlumatlarını Türkiyə ilə bölüşmək istəmədiyi üçün tərəflər arasında gərginlik yaranıb. 2016-cı il iyunun 2-də Almaniya parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdikdən sonra isə Türkiyə hökuməti almaniyalı millət vəkillərini "İncirlik"dəki alman əsgərlərini ziyarət etməsinə icazə verməyib. Hazırda hərbi bazada təxminən 250 almaniyalı hərbçi xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR