Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun inşasına 1,8 milyon manat ayrılıb

Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun inşasına 1,8 milyon manat ayrılıb
# 15 may 2017 16:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 16 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR