Ermənistanda hakim həbs olunub

Ermənistanda hakim həbs olunub
# 15 may 2017 16:27 (UTC +04:00)

Ermənistanda rüşvət almaqda şübhəli bilinən hakim həbs olunub.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir ki, Vayotsdzor və Ararat vilayət məhkəmələrinin hakimi Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub. Faktla bağlı cinayət işi başlanıb.

İstintaq materiallarına əsasən, hakim cərimə hökmü çıxarmaq üçün təqsirləndirilən şəxsdən 600 dollar tələb edib. Rüşvət hakimə Vedi şəhərindəki məhkəmə binasında verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR