Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb

Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb
# 16 may 2017 03:53 (UTC +04:00)

Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 17 yaşlı gənc güllə yarasından, 33 yaşlı kişi isə sinə nahiyəsinə polislər tərəfindən atılan gözyaşardıcı qumbaranın düşməsi nəticəsində ölüb.

Mayın 15-də Venesuelada hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirilib. Ölkənin beş ştatında 60-dək etirazçı saxlanılıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR