Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bu il iyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.