Gürcüstan DİN-də 300-dən çox “qanuni oğru” qeydiyyatdadır

Gürcüstan DİN-də 300-dən çox “qanuni oğru” qeydiyyatdadır
# 16 may 2017 12:04 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyində gürcü əsilli 325 “qanuni oğru” qeydiyyatdadır.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili məlumat verib.

O bildirib ki, həmin “qanuni oğru”ların əksəriyyəti postsovet məkanında və Avropa İttifaqı ölkələrində yaşayır, çox az hissəsi isə Gürcüstanda həbsxanalardadır.

Nazir müavini parlamentin xarici əlaqələr və Avropaya inteqrasiya komitəsinə apreldə təsdiq olunmuş “Gürcüstanla Avropanın Polis xidməti arasında operativ və strateji əməkdaşlığa dair” sənədi təqdim edib. O bildirib ki, əgər hər hansı Avropa ölkəsində qanunsuz gəlir əldə etmə və ya digər ölkədə çirkli pulların yuyulması ilə bağlı məlumat daxil olursa, bu razılaşma mənzərəni tam görməyə imkan verəcək və ayrı-ayrı ölkələrlə işləməyə ehtiyac qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR