YAP-çı deputat: “Kabel yayımı ilə bağlı vətəndaşların hüququ pozulur”

YAP-çı deputat: “Kabel yayımı ilə bağlı vətəndaşların hüququ pozulur”
# 16 may 2017 12:59 (UTC +04:00)

Azərbaycanda kabel televiziya yayımı ilə bağlı yol verilən qanun pozuntularına görə cəzaların sərtləşdirilməsi təklif edilib.

APA-nın məlumatına görə, bu təkliflə MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər: “Gecə saatlarında, bir balaca yağış yağan kimi yayım pozulur. Amma vətəndaş problemlə üzləşsə də, məbləği azalda bilməz. Bir balaca ödəniş gecikən kimi yayımı kəsirlər. Burada vətəndaşların hüquqları pozulur. Biz bununla bağlı qanunvericiliyə ciddi müddəalar salmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR