MM üzvləri AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər

MM üzvləri AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər
# 16 may 2017 16:44 (UTC +04:00)

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar.

MM-dən APA-ya verilən məlumata görə, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa Şurasına üzv ölkələrdə qanun aliliyinə yeni hədələr, Avropa İnsan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.

Tədbirdə deputat Vüsal Hüseynov “Ölüm cəzası və işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.

Deputat Sahibə Qafarova isə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək İtaliyada səfərdə olacaq. Milan şəhərində keçiriləcək komitə iclasında Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR