Suraxanı bazarının balansındakı qeyri-yaşayış sahəsi qanunsuz istifadə olunub, zərər hesablanır

Suraxanı bazarının balansındakı qeyri-yaşayış sahəsi qanunsuz istifadə olunub, zərər hesablanır
# 17 may 2017 06:35 (UTC +04:00)

İyunun 30-da “Suraxanı Bazar” ASC-nin səhmdarların ümumi yığıncağı keçiriləcək.

APA-Ecomomics” ASC-nin İdarə Heyətinin yaydığı məlumata istinadən xəbər verir ki, yığıncağın gündəliyinə şirkətin balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində dəyən zərərin hesablanması, 2016-cı ilin yekun maliyyə-təsərrüfat hesabatı və
onun təsdiqi, qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı səlahiyyətli şəxsin müəyyən edilməsi və digər məsələlər daxildir.


Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr
notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR