AMEA kapitalı 35 min manat olan texnopark yaradıb

AMEA kapitalı 35 min manat olan texnopark yaradıb
# 17 may 2017 07:17 (UTC +04:00)

Vergilər Nazirliyi "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-ni dövlət qeydiyyatına alıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

MMC martın 6-da dövlət qeydiyyatından keçib. Onun qanuni təmsilçisi Vüqar Babayevdir.

Xətai rayonu ərazisində fəaliyyət göstərən texnoparkın nizamnamə kapitalı 35 min manatdır.

Qeyd edək ki, texnopark Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR