BNA daha bir idman arenası istiqamətində ekspress xətt təşkil edib

BNA daha bir idman arenası istiqamətində ekspress xətt təşkil edib
# 17 may 2017 07:18 (UTC +04:00)

“IV İslam Həmrəyliyi Oyunları” çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, bunun üçün 18 may tarixində BNA-nın ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya eləcə də əks istiqamətdə hərəkət edəcək.

“Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR