İslamiada: 5 taekvondoçumuz yarımfinala yüksəlib

İslamiada: 5 taekvondoçumuz yarımfinala yüksəlib
# 17 may 2017 09:48 (UTC +04:00)

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün dayanq üzərinə çıxan 5 idmançımızın hamısı yarımfinala adlayıb.

Kişilərin yarışında 68 kq çəkidə çıxış edən Ayxan Tağızadə mübarizəyə 1/4 final mərhələsindən start verib. Avropa Oyunlarının qalibi ilk olaraq, Ruhulla Nikpa (Əfqanıstan) ilə qarşılaşıb. Tağızadə 28:14 hesablı qələbə sayəsində yarımfinala vəsiqə əldə edib. Taekvondoçumuz həlledici mərhələ üçün Səud Almuvalladla (Səudiyyə Ərəbistan) üz-üzə gələcək.

80 kq çəkidə yarışan Milad Beiqi Harçeqani də yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı olan idmançımız i Məcid Almabruku (Səudiyyə Ərəbistanı) sınağa çəkib. Harçeqani asan qələbə (21:2) qazanaraq, adını yarımfinala yazdırıb. O, finala yüksəlmək üçün iranlı Əlirza Dərvişpurla qarşılaşacaq.

+87 kq-dakı təmsilçimiz Radik İsayev də bu gün dayanq üzərinə çıxıb. Komanda yoldaşları kimi mübarizəyə 1/4 finaldan başlayan olimpiya çempionumuzun ilk rəqibi pakistanlı Adil Şah olub. İsayev rəqibini 26 xal fərqi ilə məğlub edib - 34:8. Radik yarımfinalda Həmzə Kattanla (İordaniya) döyüşəcək.

Qadınların mübarizəsində 49 kq-da mübarizə aparan Patimat Abakarova da İslamiadaya 1/4 finaldan start verib. Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Fələstin idmançısı Layan Cabirlə münasibətlərinə aydınlıq gətirib. Abakarova 19:7 hesablı qələbə sayəsində mərhələ adlayıb. Patimat yarımfinalda Südabə Pursadiqi Şalmei (İran) ilə qüvvəsini sınayacaq.

67 kq çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova 1/4 finalda iranlı Parisa Cavadikuçaksareyla üz-üzə gəlib. Avropa Oyunlarının gümüş mükafatçısı 10:4 hesabı ilə qalib gəlib. Əzizova yarımfinalda özbəkistanlı Niqora Tursunkulova ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə millimiz bir qızıl və bir gümüş medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR