Azərbaycanda qızıl istehsalı 38% azalıb

Azərbaycanda qızıl istehsalı 38% azalıb
# 17 may 2017 11:20 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 372,1 kq qızıl istehsal edilib.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin 4 ayı ilə müqayisədə 37,7% azdır. Nəticədə bu ilin mayın 1-nə 3,4 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 4 ayı ərzində ölkədə 109,7 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 5,7% azdır. Nəticədə bu ilin mayın 1-nə 15,9 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR