İslamiada: Azərbaycan taekvondoçuları 4 qızıl, 1 gümüş medal qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycan taekvondoçuları 4 qızıl, 1 gümüş medal qazanıb - <span style="color: red;">YENİLƏNİB
# 17 may 2017 20:18 (UTC +04:00)

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (87 kq) İslamiadanı qızıl medalla başa vurublar.

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Milad Beiqi Harçeqani Türkiyə taekvondoçusu Yunus Sarını, Patimat Abakarova qazaxıstanlı Aynur Yasbergenovanı, Radik İsayev isə özbəkistanlı Dmitri Şokini məğlub edib.

67 kq çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova həlledici görüşdəki Türkiyə təmsilçisi Nur Tatara məğlub olub.

Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.

***

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq) İslamiadanı qızıl medalla başa vurublar.

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Patimat Abakarova isə qazaxıstanlı Aynur Yasbergenovanı məğlub edib.

Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR