Prezident Azərbaycanın 50-ci qızıl medalını qazanan taekvondoçunu mükafatlandırıb - YENİLƏNİB

Prezident Azərbaycanın 50-ci qızıl medalını qazanan taekvondoçunu mükafatlandırıb - <span style="color: red;">YENİLƏNİB
# 17 may 2017 20:42 (UTC +04:00)

Taekvondo üzrə Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında bu gün daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, Radik İsayev də Bakıda keçirilən yarışda çempionluq sevinci yaşayıb.

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.

***

21:17

Taekvondo üzrə Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, bu gün Patimat Abakarova və Ayxan Tağızadənin ardınca Milad Beiqi Harçeqani də çempionluq sevinci yaşayıb.

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR