"ASAN xidmət"in keçirdiyi tenderin müddəti uzadılıb

"ASAN xidmət"in keçirdiyi tenderin müddəti uzadılıb
# 18 may 2017 06:55 (UTC +04:00)

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət" tərəfindən 2017-ci il 23 fevral tarixində "Respublika" qəzetində elan olunmuş qış xüsusi geyim formalarının alınması ilə bağlı açıq tenderin müddəti uzadılır.


"APA-Ecoonmics" xəbər verir ki, buna səbəb iddiaçıların sayının 3-dən az olmasıdır.


Tender üzrə tələb olunan sənədlərin təqdim olunması mayın 31-i saat 17:00-dək, tender təkliflərinin və tender təklifi təminatlarının təqdim olunması iyunun 12-si 17:00 qədər, tender zərflərinin açılışı isə iyunun 13-ü 15:00-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR