SOCAR və “Özbəkneftqaz” yataqların birgə işlənməsinə dair memorandum imzalayıb

SOCAR və “Özbəkneftqaz” yataqların birgə işlənməsinə dair memorandum imzalayıb
# 18 may 2017 09:27 (UTC +04:00)

SOCAR prezidenti Rövnəq Abdullayev “Özbəkistanda Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında iştirak etmək üçün Daşkənddə olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev aparıcı neft şirkətlərinin rəsmi şəxsləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.

SOCAR prezidenti “Özbəkistanda Neft və Qaz-OGU 2017” Beynəlxalq konfransında məruzə ilə çıxış edib, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu vurğulayıb.

Özbəkistan baş nazirinin müavini Qulamcon İbrahimov R.Abdullayev ilə görüş keçirib. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanda, Özbəkistanda və üçüncü ölkələrdə birgə neft-qaz əməliyyatlarının aparılması məsələləri müzakirə olunub.

Özbəkistana səfər çərçivəsində SOCAR prezidenti “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüşüb və iki şirkət arasında yataqların birgə işlənməsinə dair memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR