Astara Gömrük İdarəsi və Astara İcra hakimiyyətinin nümayəndələri sahibkarlarla görüşüb

Astara Gömrük İdarəsi və Astara İcra hakimiyyətinin nümayəndələri sahibkarlarla görüşüb
# 18 may 2017 15:07 (UTC +04:00)

Astara Gömrük İdarəsi və Astara İcra hakimiyyətinin nümayəndələri sahibkarlarla görüş keçirib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara mərkəzi kitabxanasında keçirilən görüşdə investisiya təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məsələsi müzakirə olunub. Görüşdə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, eləcə də Lənkəran və Astaradan olan sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən Astara gömrük idarəsinin rəis müavini Nazim Məmmədov gömrükdə idxal və ixrac üçün yaradılan güzəştlərdən, sərhəddə yaradılan “bir pəncərə” sistemi barəsində məlumat verib.

Daha sonra sahibkarlar gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının dəstəklənməsi üçün əlaqəli dövlət qurumlarının qarşılıqlı fəaliyyətini dəyərləndirib, o cümlədən, gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan yeniliklərin biznes subyektlərinə faydasından bəhs ediblər. Tədbirdə sahibkarların qarşılaşdığı çətinliklərin həlli yolu da müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR